Azərbaycan birinciliyində ilk gün
25.05.2023 , 22:58

Yeniyetmələr arasında ağır atletika üzrə Azərbaycan birinciliyində ilk günə yekun vurulub.
Korner.az xəbər verir ki, ümumilikdı yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri təmsil edən rekord sayda – 150-yə yaxın gənc atlet iştirak edəcək.
İlk yarış gününə oğlanlar arasında çəkisi 49 kq-a qədər olan idmançıların mübarizəsi ilə yekun vurulub. Bu çəkidə toplam 146 kq (68+78) nəticə göstərən İlham Əkbərov qızıl, 144 kq (68+76) nəticə göstərən Nihat Zairov gümüş, 136 kq (63+73) nəticə göstərən Əlimehti Hüseynov isə bürünc medala layiq görülüb.
