Cüdo

Azərbaycan birinciliyinə start veriləcək

13.01.2022 , 23:18

Sabah – yanvarın 14-də Bakıda cüdo idman növü üzrə U-18 qız və oğlan yeniyetmələr arasında Azərbaycan birinciliyinə start veriləcək.

Korner.az xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçiriləcək yarış Azərbaycan Cüdo Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Qeyd olunan yarışda ölkənin müxtəlif rayon və şəhərlərindən olan klublar, cəmiyyətlər və idman təşkilatlarından 570-ə yaxın (479 oğlan, 89 qız) idmançı mübarizə aparacaq.

3 gün davam edəcək ölkə birinciliyində qızlar -36, -40, -44,-48, -52, -57, -63,-70, +70 kq, oğlanlar isə -46, -50, -55, -60, -66, -73, -81, -90, +90 kq çəki dərəcələrində güclərini sınayacaqlar. Azərbaycan Cüdo Federasiyasının qərarına əsasən keçirilən yarışlar çəki dərəcələrində iştirakçıların sayından asılı olaraq olimpiya, dairəvi və ya qarışıq üsulla, təsəlliverici yarımfinalçılardan müəyyən olunacaqdır.

Yarışın əsas məqsədi Azərbaycanda cüdonun coğrafiyasını genişləndirmək, yeniyetmələr arasında idmanın kütləvi təbliğinə və təşviqinə nail olmaq, eyni zamanda perspektivli namizədlərin yığma komandaya seçməkdir.

Son yazılar

Yuxarı