Azərbaycan birinciliyi təxirə salındı
14.09.2022 , 16:11

Gənclər arasında 15-16 sentyabrda keçirilməli olan ağır atletika üzrə Azərbaycan birinciliyi təxirə salınıb.
Korner.az xəbər verir ki, bu barədə Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Yarışın təxirə salınmasına səbəb sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrin 50 hərbi qulluqçusunun şəhid olmasıdır.
Yarışın nə vaxt, harada təşkil olunacağı hələ açıqlanmayıb.
