Azərbaycan – Belçika oyunu üçün biletlərin qiyməti
21.08.2023 , 12:29

AVRO-2024-ün seçmə məhələsi çərçivəsində sentyabrın 9-da, saat 17:00-da, “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Belçika oyununun biletləri satışa çıxarılıb.
Korner.az xəbər verir ki, biletlərin qiymətləri 5, 10 və 50 manatdır.
Azərbaycan yığması seçmə mərhələdə bundan əvvəl Avstriya (1:4) və İsveçə (0:5) uduzub, Estoniya ilə heç-heçə edib.
