Bu gün Ermənistanda boks üzrə gənclər arasında dünya çempionatının açılış mərasimi keçirilib.
Korner.az-ın məlumatına görə, yarışda Azərbaycan idmançıları da iştirak etdiyi üçün ölkəmizin bayrağı da dalğalandırılıb. Açılış zamanı maraqlı hadisə da yaşanıb.
Qeyd edək ki, Azərbaycanın adı olan lövhəni afrikalı bir qız daşıyib. Amma digər ölkələrin adı yazılan lövhəni erməni qızlar əllərində tutub.
