Azərbaycanda fəaliyyət göstərən “Amrahbank” Türkiyənin “Qalatasaray” klubuna sponsorluq etməyə hazırlaşır.
Korner.az-ın məlumatına görə, tərəflər arasında bu yöndə aparılan danışıqlar uğurla nəticələnib.
Klub prezidenti Ünal Aysal may ayından etibarən danışıq apardığı Azərbaycan bankı ilə 80 faiz razılığa gəlib. Tərəflərin tezliklə sponsorluq müqaviləsi imzalaması gözlənilir.
