Avqustun 15-də, Bakı şəhərində Azərbaycan və Bəhreyn milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun hakimləri müəyyənləşib. Korner.az-ın məlumatına görə, qarşılaşmada gürcüstanlı hakimlər ədaləti qoruyacaq.
Matçı George Vadaçkoria idarə edəcək. Ona həmyerliləri Giorgi Kruaşvili, Levan Varamişvili kömək edəcək.
