Azərbaycan və Bəhreyn milli komandaları arasında keçiriləcək yoldaşlıq oyunu canlı yayımlanacaq.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustun 15-də baş tutacaq qarşılaşma “İdman Azərbaycan” televiziya kanalında azarkeşlərə nümayiş olunacaq. AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da keçiriləcək oyun saat 21:00-da başlayacaq.
