Azərbaycan və Bəhreyn milli komandaları arasında yoldaşlıq oyunu canlı yayımlanacaq. Korner.az AFFA-ya istinadən xəbər verir ki, avqustun 15-dəki qarşılaşma “İdman Azərbaycan” televiziya kanalı və affatv.az saytı vasitəsilə azarkeşlərə nümayiş olunacaq. Görüş saat 18:00-da başlayacaq.
Qeyd edək ki, oyun İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək.
