Xəbər verdiyimiz kimi, mayın 1-də, Bayıl stadionunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş veteran futbolçular arasında beynəlxalq yoldaşlıq oyunu keçiriləcək.
Korner.az-ın məlumatına görə, saat 20:00-da başlayacaq qarşılaşmanı izləmək üçün stadiona giriş dəvətnamə ilə olacaq. Dəvətnamə əldə etmək istəyənlər AFFA-ya müraciət edə bilər.
