Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında iştirak etməyəcək
Voleybol Federasiyası bu il sonuncu yeri tutan Fərid Cəlalovun yetirmələrinin yarışda iştirakını məqsədəuyğun saymayıb.
Nəticədə yeni ildə baş tutacaq yarışın Qızıl Liqasında 12, Gümüş Liqasında 8 yığma mübarizə aparacaq. Bu il yarışın mükafat məbləği də rekord həddədi – 413 min avro. Həm kişilərin, həm də qadınların yarışında çempion olacaq yığma 125 min avro qazanacaq.
Artıq kişi komandaların da qrupları müəyyənləşib:
Qızıl Avropa Liqası
A qrupu: Belçika, Estoniya, Slovakiya, İsveç
B qrupu: Sloveniya, Hollandiya, Türkiyə, Ukrayna
C qrupu: Finlandiya, Çexiya, Portuqaliya, İspaniya
Gümüş Avropa Liqası
A qrupu: Makedoniya, Latviya, Avstriya, Kosovo
B qrupu: Belarus, Xorvatiya, Macarıstan, Albaniya
Qeyd edək ki, qadınlardan ibarət millimiz Qızıl Avropa Liqasında gücünü yoxlayacaq. Komandamız Bolqarıstan, Ukrayna və Portuqaliya ilə A qrupunda oynayacaq.
