Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
19.04.2024 , 17:09

Azərbaycan atıcıları Qətərin paytaxtı Dohada keçiriləcək Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər.
Korner.az xəbər verir ki, bu barədə Azərbaycan Atıcılıq Federasiyası məlumat yayıb.
Qeyd olunub ki, atıcılıq üzrə səngər stendi (trap) komandasının üzvləri Aydan Camalova, Əli Hüseynli, Ülviyyə Eyvazova, Sabir Mehdizadə, Rəna Ələskərova və Əlimirzə Quliyev Azərbaycanı turnirdə təmsil edəcəklər.
Bu gün startı veriləcək stend atıcılığı üzrə Olimpiya Təsnifat Çempionatı aprelin 29-dək davam edəcək.
