Azərbaycan akrobatlarından dünya kubokunda 2 gümüş medal
30.06.2025 , 13:10

Azərbaycan akrobatları Polşanın Jeşuv şəhərində keçirilmiş dünya kubokunda iki gümüş medal qazanıblar.
Bu barədə Korner.az-a Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Qarışıq hərəkətlər proqramında Abdulla Əl-Məşayxi, Seymur Cəfərov, Riad Səfərov və Rəsul Seyidli ibarət kişi qrupu 29.070 xalla, Daniel Abbasov-Murad Rəfiyev cütlüyü isə 28.730 xalla ikinci yeri tutaraq gümüş medala sahib çıxıblar.
