Azərbaycan klubu Bolqarıstanda oynayan hücumçunu istəyir
21.01.2025 , 10:40

Bolqarıstanın “Beroe” klubunun hücumçusu Leandro Qodoy karyerasını Azərbaycanda davam etdirə bilər.
Korner.az xəbər verir ki, adı açıqlanmayan Premyer Liqa klublarımızdan biri 23 yaşlı futbolçu ilə maraqlanır.
Bu barədə “Matç Teleqraf” məlumat yayıb.
“Beroe”nin Qodoya görə 1 milyon avro təzminat tələb etdiyi bildirilir.
Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
