Azər üçün mövsümün son matçında 90 dəqiqə
23.07.2020 , 16:05

Rusiya Premyer Liqasında 2019/20 mövsümünə yekun vurulub.
Korner.az xəbər verir ki, Azər Əliyevin çıxış etdiyi “Ufa” XXX turda “Arsenal”ı qəbul edib. Qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.
Azər start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Ufa” mövsümü 38 xalla 9-cu pillədə başa vurub.
