Azər Bağırov istefa verdi
06.04.2024 , 18:55

“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov istefa verib.
Korner.az xəbər verir ki, o, bu barədə fikrini klub rəhbərliyinə bildirib. “Araz-Naxçıvan”ın gün ərzində A.Bağırovla bağlı mövqeyini açıqlayacağı gözlənilir.
Qeyd edək ki, “Araz-Naxçıvan” Misli Premyer Liqasında hazırda 32 xalla 8-ci pillədə qəarlaşıb.
