Azər Əliyevli “Ufa”dan qələbə
09.07.2020 , 17:07

Rusiya Premyer Liqasında XXVII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin çıxış etdiyi “Ufa” səfərdə “Rostov”la qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Əliyev 85-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Ufa” hazırda 36 xalla 6-cı pillədə qərarlaşıb.
