Azər Əliyevli “Ufa”dan heç-heçə
07.11.2020 , 13:52

Rusiya Premyer Liqasında XIV turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” doğma meydanda “Ural”la heç-heçə edib – 1:1.
Azər bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Ufa” 14 oyuna topladığı 7 xalla 16 komanda arasında 15-ci pillədə qərarlaşıb.
