Azər Əliyevli “Ufa” qələbəyə sevindi
24.02.2020 , 17:16

“Ufa” klubu İspaniyadakı təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi Premyer Liqa təmsilçisi Çinin “Dalyan İfan” klubu ilə qarşılaşıb və qalib gəlib – 4:1.
Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
