Azər Əliyevin komandası səfərdə məğlub oldu
08.03.2021 , 17:49

Rusiya Premyer Liqasında XIX turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Azər Əliyevin formasını geyindiyi “Tambov” səfərdə Moskva “Dinamo”suna uduzub – 0:2.
Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Tambov” bu mövsüm Rusiya Premyer Liqasında keçirdiyi 21 oyunda cəmi 13 xal toplaya bilib və 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.
