Azər Əliyevdən məhsuldar ötürmə, komandası 1 xal qazandı
06.10.2018 , 11:01

Rusiya Premyer Liqasında 10-cu turun oyunlarına start verilib. Azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” səfərdə Tula “Arsenal”ının qonağı olub və 1-1 hesablı heç-heçə edib.
Əliyev ilk hissənin sonuncu dəqiqəsində meydana daxil olub və topa ilk toxunuşunda məhsuldar ötürmə edib.
“Ufa” Premyer Liqanın turnir cədvəlində 9 xalla 13-cü pillədə qərarlaşıb.
