Azər Əliyev üçün 90 dəqiqə və 1 xal
10.03.2020 , 16:10

Rusiya Premyer Liqasında XXI turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçular Azər Əliyevlə Turqay Möhbalıyevin çıxış etdiyi “Ufa” səfərdə “Zenit”lə heç-heçə edib – 0:0.
Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Möhbalıyevin adı isə ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.
“Ufa” 26 xalla 16 kollektiv arasında 8-ci sırada qərarlaşıb.
