Azər Əliyev rəsmən “Neftçi”də
27.01.2022 , 23:34
“Neftçi” heyətinə yeni oyunçu cəlb edib.
Korner.az xəbər verir ki, “ağ-qaralar” Azər Əliyevin transferini elan edib.
Azərbaycanlı futbolçu Azər Əliyevlə 3,5 illik müqavilə bağlanıb. 27 yaşlı yarımmüdafiəçi komandanın heyətində 7 nömrəli formanı geyinəcək.
Sonuncu klubu Rusiya Premyer Liqasında mübarizə aparan “Ufa” (2018-2020, 2021-2022) olan Əliyev Rusiyanın “Yenisey” (2012-2017), “Saxalin” (2013), “Krılya Sovetov” (2017-2018) və “Tambov” (2021) komandalarında da çıxış edib.