Azər Əliyev ÇSKA-ya qarşı 90 dəqiqə oynadı
16.03.2020 , 17:33

Rusiya Premyer Liqasında XXII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçular Azər Əliyevlə Turqay Möhbalıyevin cıxış etdiyi “Ufa” səfərdə Moskva ÇSKA-sı ilə heç-heçə ilə edib – 0:0.
Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Daha çox əvəzedici komandada çıxış edən Möhbalıyevin adı isə ümumiyyətlə bu matçın iştirak ərizəsinə daxil edilməyib.
“Ufa” 27 xalla 9-cu sırada qərarlaşıb.
