Ayxan Abbasovla Aftandil Hacıyev PRO kateqoriyası aldılar
18.01.2019 , 10:21

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev və “Sumqayıt”ın çalışdırıcısı Ayxan Abbasov PRO kateqoriyasını alıblar.
Hər iki mütəxəssis imtahanlardan uğurla keçib və diplom alıblar.
Hər iki gənc mütəxəssis Antalyada təlim-məşq toplanışında olduqları üçün Belrusa yollana bilməyiblər. PRO alan şəxslər arasında BATE-nin baş məşqçisi Aleksey Baqa da var.
Qeyd edək ki, mütəxəssislərə diplomları Belarus Futbol Federasiyasının baş katibi Yuri Verqeyçik təqdim edib. Lisenziya 2021-ci il dekabrın 31-nə qədər etibarlıdır.
