"Mən "Turan"dan ayrıldıqdan sonra heç bir klubdan ciddi təklif almadım. Bizim klublar üstünlüyü legionerlərə verir". Bu sözləri Korner.az-a açıqlamasında "Turan"dan ayırlan futbolçu Ayxan Abbasov deyib. O, bildirib ki, "Turan"a yenidən qayıtmaq variantı var:
"Dünən Əsgər Abdullayev Tovuza gedib. Klub son 3 ay maaşımı verib. "Turan" mənə doğmadı və Əsgər müəllimidə yaxşı tanıyıram. Belə bir vəziyyətdə yenidən "Turan"a qayıda bilərəm".
