Ölkə futbolu

Ayxan Abbasov: “Yaxşı ki, qələbə hesabını qoruya bildik”

20.10.2019 , 23:16

Azərbaycan Premyer Liqasının VIII turunun “Səbail” – “Sumqayıt” (0:2) matçından sonra qonaqların baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib.

Korner.az xəbər verir ki, baş məşqçi oyunu belə şərh edib:

– Qarşılşamaya cox ciddi hazırlamışdıq. Komanda olaraq qələbəyə inanırdıq. Futbolçularda o istəyi görürdük. Oyundan-oyuna daha yaxşı oluruq, ancaq qələbə də lazım idi. Matçın gedişatı göstərdi ki, “Səbail” yaxşı komandadı. Rəqib bizə son 15 dəqiqədə daha çox çətinlik yaşatdı. Amma yaxşı ki, qələbə hesabını qoruya bildik. İkinci dövrəyə qələbəylə başlamaq həqqiətən yaxşıdı.

Son yazılar

Yuxarı