Ayxan Abbasov: “Vuruşmağa söz vermişik”
16.12.2019 , 20:31

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Neftçi” – “Sumqayıt” matçından (0:1) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Korner.az xəbər verir ki, baş məşqçi əvvəlcə oyun barədə fikirlərini bildirib.
İlk oyunu səfərdə keçirdik. Sevindim ki, futbolçularım düzgün oynadılar. Amma ikinci oyun bundan da çətin olacaq. Biz də vuruşmağa söz vermişik. Çalışcağıq cavab matçında uğurlu olaq.
Güclü rəqibləri məğlub etməyinizin sirri nədir?
– “Qarabağ” ilk məğlubiyyətini bizdən aldı. Bu o baxımdan sevindiricidi ki, futbolçuların inkişafında belə oyunlar önəmlidi. Oyuna baxanda bəzi epizodlarda gənclərin təcrübəsizliyini gördük.“Sumqayıt” yaxşı yerlərdə olacaq. Çalışıram onları bu oyunlara kökləyim. Həmişə demişəm komandanın potensialı var.
