Ölkə futbolu

Ayxan Abbasov: “Sumqayıt”ın Avropaya getməsi üçün çox çalışması lazımdır”

19.05.2019 , 20:12

Finalın mahiyyətini dərk edirdik. Həftəboyu çalışdım uşaqlar soyuqqanlı olsunlar. Təəssüf ki, ilk 15 dəqiqədə həyəcanlı idik. Qol buraxdıqdan sonra toparlanmağa çalışdıq. Nələrəsə nail olmaq istəyirdik. “Sumqayıt”ın finalda oynaması özü bir uğur idi. Avropaya getmək üçün daha çox iş görmək lazımdır”.

Bu sözləri “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun finalında “Qəbələ”yə uduzduqları oyundan (0:1) sonra mətbuat konfransında deyib.

– Komandanızdakı inamsızlıq nədən qaynaqlanırdı?

– Futbolçularımızın əksəriyyəti təcrübəsiz idi. Final həyəcanı ən adlı-sanlı klublarda olur. Təəssüf ki, bacarmadıq.

– Qeyd etdiniz ki, gedə də bilərsiniz. Hansı ehtimal daha yüksəkdir, getmək, yoxsa qalmaq?

– Yəqin ki, gedəcəm.

– “Qəbələ” kuboku haqq etdimi?

– Final tək oyundur. “Qəbələ” də Kuboku qazanmaq istəyirdi, biz də. Desəm ki, layiq deyildilər, ədalətsizlik olar.(sport24.az)

Son yazılar

Yuxarı