Ayxan Abbasov “Sumqayıt”ı ilk məşqə çıxardı – 6 yeni futbolçu ilə
16.11.2018 , 11:33

“Keşlə” ilə oyundan sonra istirahətə buraxılan “Sumqayıt” bu gündən etibarən hazırlıqları bərpa edib.
Komandamız baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında bu gün saat 16:00-da “Kapital Bank Arena”nın köməkçi meydançasında məşqə çıxıb.
Milli komandalarda olan Əfran İsmayılov, Şəhriyar Əliyev, Süleyman Əhmədov və Murad Xaçayev məşqdə iştirak etməyib. Əvəzedici heyətdən isə 6 futbolçu əsas komanda ilə birlikdə hazırlaşıb. 1.5 saat davam edən məşqdə komanda əvvəlcə müxtəlif fiziki hərəkətlər ardınca isə topla hərəkətlər üzərində çalışılıb.
