Ayxan Abbasov: “Sonluğu gətirə bilmədik”
13.04.2019 , 18:17

Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində keçirilən “Zirə” – “Sumqayıt” görüşündən sonra qonaqların baş məşqçisi Ayxan Abbasov oyunla bağlı fikirlərini bölüşüb.
Oyuna yaxşı başladıqlarını bildirən çalışdırıcı son epizodları qola çevirə bilmədiklərini deyib.
“Bura qələbə üçün gəlmişdik. Əfsuslar olsun ki, əlimizə düşən qol epizodlarından yararlana bilmədik. Ən pis cəhətimiz sonluğu gətirə bilməməyimiz oldu. Rəqib isə istədikləri qolları vura bildi. Onları təbrik edirəm”
