Ayxan Abbasov: “Qol epizodlarını dəyərləndirə bilmədik”
25.07.2019 , 19:16

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov “Diyarbakırspor” klubuna qarşı keçirtdikləri yoxlama oyunu ilə bağlı fikirlər bildirib.
Korner.az xəbər verir ki,baş məşqçi 0:1 hesabı ilə komandasının məğlub olduğu oyunla bağlı bu fikirləri söyləyib:
“Bu gün keçirtdiyimiz oyun planda yox idi.Rəqib xahiş edincə,gənc futbolçulatrı da 90 dəqiqə meydanda görmək üçün razılaşdıq.Oyundan narazı qalmadım.Lakin xeyli qol epizodlarını dəyərləndirə bilmədik.Bu həm Sumqayıt da, həm də burda keçirdiyimiz oyunlardakı problemlərimizdən biridir.Bunun üzərində işləməliyik.Ümümən hazırlığımız normal keçir.Qarşıda hələ iki yoxlama oyunumuz qalıb.Həmin oyunlarda əlimizdən gəldiyi qədər,səhvlərimizi düzəldib,çempionata hazır vəziyyətdə Sumqayıta qayıdacağıq”.
