Futbol

Ayxan Abbasov püşkü dəyərləndirdi

10.08.2020 , 16:51

Avropa Liqasının I təsnifat mərhələsində “Sumqayıt” Şimali Makedoniyanın “Şkendiya” klubu ilə üz-üzə gələcək.

“Gənclik şəhəri” təmsilçisinin baş məşqçisi Ayxan Abbasov püşkü dəyərləndirib:

“Tariximizdə ilk dəfə qatılacağımız Avropa Liqasındakı rəqibimizin kimliyini səbirsizliklə gözləyirdik. Dünən axşam məlum olan 4 potensial rəqibləri demək olar ki, analiz etmişdik. Onların hamısı öz liqalarının güclü klublarından idi. Püşkün nəticəsinə əsasən, Şimali Makedoniyanın “Şkendiya” klubunu qəbul edəcəyik. Rəqibimiz ötən mövsüm çempionatı 3-cü pillədə bitirib.

Olduqca güclü heyətə malikdirlər. Rəqibin heyətinə nəzər yetirsək, görərik ki, ötən mövsümün ikinci bombardiri də məhz bu komandanın üzvüdü. Şimali Makedoniya təmsilçisinin ən böyük üstünlüyü isə “Sumqayıt”la oyuna qədər çempionatda 3 tur oynaması olacaq. Avropa Liqasında Azərbaycanın adını layiqincə təmsil etmək üçün əlimizdən gələni etməyə çalışacağıq”.

Son yazılar

Yuxarı