Ayxan Abbasov: “Nəyisə itirsək, tragediya olmayacaq”
23.02.2020 , 20:30

Azərbaycan Premyer Liqasının XVIII turunda “Qarabağ” – “Sabah” matçından sonra (1:0) qonaq lkomandanın baş məşqçisi Ayxan Abbasov oyunla bağlı fikurlərini bildirdi.
Korner.az xəbər verir ki, mütəxəssis məğlubiyyəti belə şərh edib:
Məğlubiyyətə görə üzülürük. Bilirdik ki, səhv eləmək olmaz. Futbolçular oyuna gec kökləndilər. Futbolçularımızda nikbinıiyi görüb gələcəyə inamla baxırıq. Epizodlarımız var idi. Amma daha soyuqqanlı ola bilərdik.
Oyundan zövq ala bildiz?
-Əlbəttə.
-Tempi saxlamağı komandanın gücü çatacaqmı?
-Yaxşı sualdı. Çalışacağıq. Amma yenə deyirəm nəyisə itirsək tragediya olmayacaq. Heyətdə bir neçə gənc futbolçumuz var. Onların stabil qalması çətindi. Bunun üzərində işləyirik. Çalışacağıq ki, tempi saxlayaq. Futbolçuları qazanmağa çalışırıq.
Mina Musayeva
