Ayxan Abbasov: “Komandamızın oyunundan razı qaldıq”
22.01.2019 , 19:43

“Bilirsiniz ki, hazırlıqlar ağır, komanda isə yorğun olur. Bugünkü oyunda futbolçularımızın istəyi, tapşırıqları düzgün yerinə yetirmələri bizi qane etdi. Qələbə qazandıq və komandamızın oyunundan razı qaldıq”.
Bu sözləri “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Türkiyədə təlim-məşq toplanış çərçivəsində “Vardar”a (Makedoniya) 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra klubun saytına deyib.
“Çalışırıq ki, yoxlama oyunlarında bütün oyunçularımıza şans verək. Çünki, toplanışdan sonra çempionata tam hazır şəkildə başlamalıyıq” – deyə o bildirib.
