Ayxan Abbasov: “Komandada irəliləyiş olduğu hiss olunur”
21.01.2020 , 19:45

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Antalya toplanışı çərçivəsində Polşanın “Arka” klubuna qalib gəldikləri oyundan sonra klubun mətbuat xidmətinə açıqlama verib.
Korner.az xəbər verir ki, mütəxəssis qələbəni belə şərh edib:
“Bu gün artıq 3-cü oyunumuzu keçirdik. Komandada irəliləyiş olduğu hiss olunurdu. Rəqibimiz də fiziki cəhətdən yaxşı komanda idi. Çempionat öncəsi belə əzmkar komandalara qarşı oynamaq bizim üçün də yaxşıdır. Ümumən, uşaqlar meydanın hər qarışı üçün mübarizə apardılar. Qələbə qazandığımız üçün sevinirik. Komandanı qələbə ruhuna kökləməyə çalışırıq. Burada 1 oyunumuz qalıb. Həmin oyunu da uğurla başa vurub, çempionata tam hazır şəkildə Vətənə dönəcəyimizi düşünürəm”.
