Ayxan Abbasov: “Hər hissədə fərqli heyətlə oynadıq”
14.01.2020 , 20:36

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Antalya toplanışında Macarıstanın “Kaposvari” klubu ilə yoxlama oyunundan (3:4) sonra matçla bağlı fikirlərini bildirib.
Korner.az xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında məğlubiyyəti belə şərh edib:
“Antalya toplanışında bu gün ilk oyunumuzu keçirdik. Uşaqları istədiyimdən də yaxşı gördüm. Hər hissədə fərqli heyətlə oynadıq. Ümumilikdə futbolçuların hərəkətli olmaları məni sevindirdi. Verilən tapşırıqları səhvsiz yerinə yetirməyə çalışdılar. Vurduğumuz 3 qol üçün nə qədər sevindiksə, buraxdığımız toplara da bir o qədər məyus olduq. Qarşıdakı oyunlarda daha da diqqətli olub, bu oyunda etdiyimiz səhvləri təkrarlamamalıyıq”.
