Ayxan Abbasov: “Gərgin oyun olacağını bilirdik”
13.05.2023 , 21:55
Azərbaycan Premyer Liqasının XXXIV turunda keçirilən “Qəbələ” – “Turan Tovuz” oyunundan (1:2) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.
Korner.az xəbər verir ki, mütəxəssis qələbəni belə şərh edib:
“Maraqlı və gərgin oyun olacağını bilirdik. Bəlkə də “Qəbələ” avrokuboklara vəsiqəni təmin etmək istəyirdi. Biz də seriyamızı davam etdirmək istəyirdik. Şükürlər olsun qələbə qazandıq. Çempionatda məğlub etmədiyimiz iki rəqibdən biri idi “Qəbələ”. Futbolçularımı, azarkeşlərimizi təbrik edirəm. “Qəbələ”də zədəlilərin olması üzücü oldu. İstəməzdik belə olsun. Allah şəfa versin. Onlara uğurlar arzu edirəm”.