Ayxan Abbasov: “Futbolçularda o inamı, istəyi gördüm”
21.09.2019 , 20:50

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın V turunda “Sabah”a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib.
Korner.az xəbər verir ki, baş məşqçi qələbəni şərh edib:
“Bu gün soyuq havada bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. Bizi tək buraxmadılar, onlara ehtiyacımız var idi. Əsl azarkeş olduqlarını nümayiş etdirdilər. Digər tərəfdən, futbolçularımıza təşəkkür edirəm. Önəmli həftə idi. Futboçularda o inamı, istəyi görürdüm. Yaxşı qalibiyyət oldu. Hava şəraitnə baxmayaraq, komandamız yaxşı, istəkli oyunla 3 xalı qazandı”.
