Ayxan Abbasov: “Daha diqqətli olmalıyıq”
25.01.2023 , 17:38

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XIX turunda “Qarabağ”la ev oyunu barədə fikirlərini bildirib.
Korner.az xəbər verir ki, o, 2:3 hesabı ilə uduzduqları matçdan sonra bunları deyib:
“Üçüncü dövrəyə xalla başlamaq istəyirdik. Azarkeşlərimizin qarşısında çıxış edirdik. Maraqlı oyun oldu. Azarkeşlər futboldan zövq ala bildi. Son dəqiqlərdə buraxılan qol bir az ümidsizlik yaratdı. Amma futbolçularımdan razı qaldım. Növbəti oyunlara hazırlaşacağıq.
Qışa qədər ən yaxşı cəhətimiz standart vəziyyətlər idi. Bu gün təəssüf ki, rəqib bütün qolları başla vurdu. Daha diqqətli olmalıyıq. “Qarabağ”a qarşı hücumda oynayırsansa, müdafiədə boşluqlar olacaq. İnkişaf etmək istəyiriksə, belə risklər etməliyik”.
