Ayxan Abbasov: “Çempionatda yaranan fasilədən istifadə etdik”
16.11.2019 , 19:40

“Zirə” ilə yoxlama oyununda heç-heçə (0:0) edən “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov fikirlərini bölüşüb.
Korner.az xəbər verir ki, baş məşqçi Premyer Liqada az şans qazanan futbolçuları meydanda görmək istədiyini deyib:
“Çempionatda yaranmış fasilədən istifadə edib, yoxlama oyunu keçirdik. Liqada az şans verdiyimiz futbolçuları da iş başında görmək istəyirdik. Gələn həftə də bizi “Qarabağ”la çətin oyun gözləyir. Həftə ərzində yaxşı məşq edərək, qarşılaşmaya tam hazır olmağa çalışacağıq”.
