Futbol

Ayxan Abbasov: “Biz bu gün oynamadıq”

25.08.2018 , 22:45

Topaz Premyer Liqasının III turu çərçivəsində “Sabah” “Zirə” ilə qarşılaşıb. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçdan sonra keçirilən mətbuat konfransında “Zirə”nin baş məşqçisi Ayxan Abbasov jurnaistlərin suallarını cavablandırıb. O, əvvəlcə oyun haqda fikrilərini bildirib:

“Zirə”də olduğum vaxtda ən zəif komanda gördüm. Oyundan öncə bir qədər problemlərimiz oldu. Pərdis zədələndi. Ancaq yenə də rəqibin istəyi bizdən çox idi və buna görə də qalib gəldilər”.

– Müdafiədə xeyli boşluqlar var idi. Bu nə ilə bağlıdır?
– Bilirdik ki, “Sabah” oyunu əks hücumlardan quracaq. İlk dəqiqələrdən iki kobud səhv etdik. Tək müdafiəçiləri deməzdim. Komanda şəklində zəif oynadıq.

– Transfer etməyi düşünürsünüzmü?
– Tam komanda ilə məşq edə bilmirik. Elədiyimiz transferləri hələ yığa bilmirik. Zədələrimiz çox olur. Bu gündən sonra transfer etmək çətindi Bəlkə istədiyimiz futbolçu çıxsa, ola bilər

– “Qarabağ” sizin planlarınızı nə dərəcədə pozdu?
– Məğlubiyyət olanda çox bəhanələr tapılır. Əsas odur ki, bu gün meydanda oyun olmadı. Oynayıb uduzsaydıq, razılaşardım. Amma biz bu gün oynamadıq.

– Qarşıda fasilə var. Planlarınız varmı?
– Çempionatın əvvəlidir.  Demişdim ki, çox çətin olacaq. Komandalar bir-birinə yaxındı. Hər komandada istək var. Rahat kimisə məğlub edə bilmərik. Fasilədən istifadə etməliyik ki gün istirahtdən sonra bu oyunu da anaiz edəcəyik.

– İlk hissədə iki oyunçunuz əvəz etməyiniz nə ilə bağlıdır?
– Açığı daha tez dəyişmək istədim. Top meydanı tərk etmirdi deyə, əvəzetmə olmurdu. Hər iki əvəzetmə məcburidir. Həm də oyun elə gedirdi ki, üçüncü qolu buraxmamaq üçün bu addımı atdım. Deməzdim ki, heyət düzgün qurulmayıb. Futbolda belə şeylər olur. Hər bir komandanın başına gələ biləcək hadisədir.

Son yazılar

Yuxarı