Ayxan Abbasov: “Bizə nəticə maraqlı idi”
18.01.2020 , 20:55

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Rumıniyanın “Politexnika” (İaşi) klubuna qarşı keçirdikləri yoxlama oyunu (1:1) ilə bağlı fikirlərini bildirib.
Korner.az xəbər verir ki, mütəxəssis matçı belə şərh edib:
“Bu oyunda bizə nəticə də maraqlı idi. Birinci qarşılamada qapımızda gördüyümüz 4 top bizi məyus etmişdi. Bu gün isə komanda müdafiə sarıdan inamlı təsir bağışladılar ki, bu da məni razı saldı. Digər tərəfdən bu günki qarşılaşmadakı temp ötən oyuna nisbətən yüksək oldu. Futbolçularımız hər iki hissədə tempi yüksək tutmaq üçün verdiyimiz tapşırığı doğrultdular. Rəqib də yaxşı mübarizə apardı. Qarşıdakı matçlarda daha da yaxşı oyun göstərməyə çalışacağıq”.
