Ayrılmaq istədiyini klubuna bildirdi
24.06.2024 , 14:56

“Ştutqart”da çıxış edən Serhou Qirassi komandasından ayrılmaq istəyir.
Korner.az xəbər verir ki, 28 yaşlı hücumçu qərarını artıq kluba da bildirib.
Müqaviləsində sərbəst qalma məbləği 17,5 milyon avro olan hücumçunun adı “Borussiya Dortmund”, “Arsenal” və “Milan” kimi klubların transfer siyahısındadır.
Ötən mövsümdə 30 matçda iştirak edən Qirassi 30 qol vurub və 3 məhsuldar ötürmə edib.
