Avropa Liqasının pley-off mərhələsində “Qarabağ“ın rəqibi olacaq Frankfurt “Ayntraxt”ının bu günlərdə heyətinə çexiyalı hücumçu Vaçlav Kadlesi heyətinə qatması barədə xəbər vermişdik.
Korner.az-ın məlumatına görə, Kadlesin keçidi almanlara 3.2 milyon avroya başa gəlsə də, o, təmsilçimizə qarşı oyunda iştirak edə bilməyəcək.
Buna səbəb hücumçunun bu mövsüm Praqa “Spartak”ının forması altında avrokubok oyunlarına çıxmasıdı.
Qeyd edək ki, 21 yaşlı Kadles “Sparta”nın heyətində 146 oyunkeçirib və 49 qol vurub.
