Azərbaycan yığmasında qapıçıların məşqçisi “Ayntraxt”ın keçmiş qapıçısı Uli Ştayn “Qarabağ”ın Bundesliqanın ikinci səviyyəsinə uyğun komanda olduğunu bildirib.
Korner.az-ın məlumatına görə, Uli Ştayn “Frankfurter Rundschau” jurnalına verdiyi müsahibədə “Qarabağ” zəif komanda olmadığını və maddi imkanının yüksək olduğunu deyib.
Ümumiyyətlə, Abramoviç “Çelsi”nin sponsoru olduğu kimi Azərbaycan Premyer Liqası klublarının hər birinin də güclü sponsoru var. Məşqçi “Ayntraxt”ın qələbəsinə inandığını bildirib.
O, Azərbaycan klublarının braziliyalı legionerləri haqqında da yaxşı fikirdə olmayıb.
“Qarabağ”ın qapıçısı Miro Varvodiç “Keln” komandasında üçüncü ehtiyat qapıçı idi. O, pis oyunçu deyil, lakin Fərhad Vəliyevdən güclü deyil. Daimi təzyiqə necə tab gətirəcəyi gələcəkdə bilinəcək. “Qarabağ” aqressiv oyun nümayiş etdirir. Adətən, 4-4-2 sistemi ilə oynasa da, Premyer Liqada çox vaxt sxemi dəyişir. Bu klub güclü rəqibdir. İki məğlubiyyətdən sonra “Ayntraxt”ın qələbəsi onun öz gücünə əminliyinin geri qaytarar”, deyə ol bildirib.
