“Qarabağ”ı udmaq üçün biz bütün gücümüzü sərf etməli olacağıq.
Korner.az-məlumatına görə, bunu Almaniyanın “Ayntraxt” (Frankfurt) komandasının baş məşqçisi Armin Fe çərşənbə günü Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
O, “Qarabağ”ın oyunlarına baxdığını və güclü rəqib hesab etdiyini bildirib: “Standard vəziyyətləri “Qarabağ” yaxşı yerinə yetirir və bunu da nəzərə almalıyıq”.
Frankfurt klubunun yarımmüdafiəçisi Aleksandr Meyer də oyunun öz klubu üçün çətin olacağını vurğulayıb: “Çətin oyun olacaq. Amma “Qarabağ”a qarşı da Bundesliqanın son turunda “Bayern”lə oynadığımız kimi oynasaq, qələbə qazana bilərik”.
Meyer qol vurub-vurmamağı ilə bağlı proqnozları səsləndirməyib: “Mənim qol vurmağım əsas deyil. Daha vacib olan komandamın qələbə qazanmasıdır”.
