Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Ayntraxt” avqustun 22-də Bakıda keçiriləcək oyun öncəsi problemlə üzləşib.
Korner.az-ın məlumatına görə, almanlar oyundan sonra geri qayıtmaqda çətinlik yaşayacaqlar.
Buna səbəb komandanın geri qayıdarkən istifadə edəcəyi Mayn Reyn hava limanının gecə saatlarında reys qəbul etməməsidi. Qarşılaşma Bakı vaxtı ilə 21.00-da başlayacaq.
Bu səbəbdən klub rəhbərliyi geriyə bir gün sonra – avqustun 23-də qayıtmaq planı üzərində iş aparır.
Qeyd edək ki, “Ayntraxt” avqustun 26-də Bundesliqa çərçivəsində “Braunşveyq”lə qarşılaşacaq.
