“Ayntraxt”dan yeni transfer
14.07.2023 , 15:58

“Ayntraxt” növbəti transferini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, Bundesliqa təmsilçisi Almaniyanın digər klubu “Herta”nın hücumçusu Cessik Nqankamı heyətinə qatıb.
Frankfurtlular bu transfer üçün “Herta”ya 4 milyon avro ödəyiblər. 22 yaşlı alman forvardla 2 illik müqavilə imzalanıb.
