“Ayntraxt” türkiyəli futbolçu transfer edir
01.07.2024 , 23:53

“Ayntraxt” yeni transferini reallaşdırıb.
Korner.az xəbər verir ki, klub gənc oyunçu Can Uzunu heyətinə cəlb edib.
“Sky Sport”da yer alan xəbərə görə, Frankfurt təmsilçisi 18 yaşlı oyunçu üçün “Nürnberq”lə razılığa gəlib.
Bundan başqa, “Ayntraxt”ın Can Uzun üçün “Nürnberq”ə 11 milyon avro transfer haqqı, 3 milyon avro bonus və növbəti satışdan yüzdə 10 pay verəcəyi bildirilir.
Keçidin qısa müddət ərzində rəsmən açıqlanmaı gözlənilir.
Ötən mövsüm “Nürnberq”də 32 matçda forma geyinən Can Uzun 19 qol vurub, 4 məhsuldar ötürmə edib.
Mina Musayeva
